“06” alovlandı - Video
Yevlaxda minik avtomobili yanıb.
Sabah.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “VAZ-2106” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində detallar yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Daha çox