Nəzir qutularından 13 min manat oğurlayan şəxs tutuldu - Foto

XƏBƏR
15:15
10 Avqust 2023
61

Yasamal rayonunda məsciddə nəzir qutularından oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a verilən xəbərə görə, rayon ərazsisində yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Oğurluqda şübhəli bilinən 34 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.

Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Əli Novruzovun qanunsuz əməllərindən zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.

Xəbər lenti