Bakı-Pirşağı-Sumqayıt qatarlarından istifadə edənlərin nəzərinə
Bakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.
Sabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.
Daha çox