Prezident icra başçısını vəzifəsindən azad etdi

ÖLKƏ
16:38
9 Avqust 2023
96

Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Qeyd edək ki, o, 2021-ci ilin oktyabrında bu vəzifəyə təyin edilmişdi.

Xəbər lenti