Azərbaycan XİN-dən Gürcüstandakı münaqişənin həlli ilə bağlı paylaşım

XƏBƏR
11:44
8 Avqust 2023
110

“Azərbaycan qonşusu və tərəfdaşı Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verməyə davam edir”.

Sabah.az xəbər verir ki, bu barədə XİN-in tviter hesabında edilən paylaşımda deyilir.

“Biz Gürcüstandakı münaqişənin dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllini tam dəstəkləyirik”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Rusiya-Gürcüstan müharibəsindən 15 il keçir. İki ölkə arasında separatçı bölgə Cənubi Osetiya uğrunda baş verən müharibə beş gün davam edib. Nəticədə Rusiya separatçı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb. Müharibə zamanı yüzlərlə insan həlak olub.

Xəbər lenti