Xəstəxananın qarşısında qəza - Yaralılar var
17:50
5 Avqust 2023
312Xətai rayonunda yol-nəqliyyat baş verib.
Sabah.az xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında qeydə alınıb.
Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində sürücülər və sərnişinlər xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Fuad Sultanov bildirib ki, hazırda polis əməkdaşları hadisə yerindədir.
Qəzanın təfərrüatı barədə məlumat veriləcək.
Daha çox