Bakıda yanğın başlayıb - General hadisə yerində
16:10
4 Avqust 2023
325Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın başlayıb.
FHN-in Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Xidmət rəisi general-mayor Hikmət Abbasov hadisə yerindədir.
Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Daha çox