“Baksol yolu”nda yanğın oldu - Hərəkət məhdudlaşdırıldı

ÖLKƏ
12:14
4 Avqust 2023
314

Binəqədi rayonunda açıq ərazidə yanğın hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə “Baksol yolu” istiqamətində quru ot və kol-kos yanıb.

Yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməyi tövsiyə edib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.  Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilib, operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəbər lenti