Bakıda 2 avtomobil toqquşdu, xəsarət alan var

HADİSƏ
00:38
3 Aprel 2020
85

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Mənsimov İsmayıl Gündüz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud çanaq oynağının əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti