Bakıda yeni dələduzluq növü - Ehtiyatlı olun

ÖLKƏ
16:08
3 Avqust 2023
292

Bakıda yeni dələduzluq növü ilə bağlı xəbərlər yayılıb.

Sabah.az xəbər verir ki, sosial şəbəkələrdə edilən paylaşımlarda bildirilir ki, Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşların pulu mənimsənilir.

İddia edilir ki, Yasamal rayonu ərazisində kimliyi bilinməyən 30-35 yaşlı oğlan vətəndaşlara yaxınlaşaraq onlara guya 150 manat ehsan verir. Sözügedən şəxsin dediyinə görə, pul hansısa institut rektorlarının birinin adından təqdim edilir. Məsələ burasındadır ki, pul verilərkən 200 manatlıq saxta əsginas formasında verilir və qarşılığında 50 manat qalıq istənilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sosial şəbəkələrdə yayılan iddialar araşdırma predmetidir. Hazırda məsələ ilə bağlı DİN-in müvafiq qurumunda araşdırma aparılır.”

Sözügedən paylaşımı təqdim edirik:

Xəbər lenti