“Hyundai”la toqquşan motosikletin sürücüsü öldü
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xəqani Əkbərovun idarə etdiyi “Hyundai” markalı avtomobillə 36 yaşlı Vasif Mənəfovun idarə etdiyi motosiklet toqquşub.
Qəza nəticəsində V.Mənəfov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox