Naxçıvanda yeniyetmə qaçırdığı maşınla qəza törədib

XƏBƏR
11:31
3 Avqust 2023
130

Avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sabah.az-a verilən xəbərə görə, Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri - Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən QAZ-3110 markalı avtomobilə vurulması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti