İcra başçısının müavini vəzifədən getdi

ÖLKƏ
00:15
3 Aprel 2020
229

Gəncənin icra başçısının müavini vəzifəsindən azad edilib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalov işdən çıxarılıb.

Onun öz ərizəsi ilə vəzifədən getdiyi bildirilir.

Qeyd edək ki, M.Zeynalov 2011-ci ildən 2013-cü ilədək Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini, 2015-ci ilin mart ayından isə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsində çalışırdı.

Xəbər lenti