“Atletiko”da da maaşlar azaldıldı - 70 faiz

İDMAN
23:50
2 Aprel 2020
52

“Yuventus” və “Barselona”dan sonra “Atletiko”nun futbolçuları da maaşlarının böyük bir hissəsini kluba güzəştə gediblər.

Sabah.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Koronavirus pandemiyasına görə yarana biləcək maliyyə böhranının qarşısını almaq üçün futbolçular bu addımı atıblar. Onlar maaşlarının 70 faizindən imtina ediblər.

“Görüşlərdən sonra oyunçularımız və texniki heyətimiz durumu anlayışla qarşıladılar. Kişi A komandası, qadın A komandası və kişi B komandasının oyunçuları maaşlarının 70 faiz azaldılmasına razı oldular. Klubda çalışan 430 işçiyə isə yardım ediləcək”, - deyə İspaniya klubunun yaydığı açıqlamada bildirilirb.

Xəbər lenti