Prezident Rəfiqə Hüseyn-zadəni işdən çıxardı
13:32
1 Avqust 2023
325Azərbaycan Prezidenti İlham Əliyev SOCAR-ın daha bir vitse-prezidentini vəzifəsindən azad edib.
Sabah.az xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Sənədə əsasən, Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rəfiqə Hüseyn-zadə 2011-ci ildən SOCAR-da ekologiya üzrə vitse-prezident kimi işləyirdi.
Daha çox