Oğul evdə atasını öldürüb qaçdı

XƏBƏR
12:30
1 Avqust 2023
208

Astara rayonunun Çürkəş kəndində oğul atasını öldürüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Sabah.az-a bildirilib ki, 71 yaşlı Əliyev Qubad Cümşüd oğlunun evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu - 46 yaşlı Rəşad hadisə yerindən uzaqlaşıb. Şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Xəbər lenti