Suraxanıda gənc oğlan bıçaqlanıb

XƏBƏR
10:18
31 İyul 2023
96

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Sənan Həsənov dava zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər lenti