Güclü külək bu gün axşama tədricən zəifləyəcək
10:38
29 İyul 2023
193Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Qeyd olunub ki, güclü şimal-qərb küləyi axşama tədricən zəifləyəcək, havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 25-28 dərəcə isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.
Daha çox