İlham Əliyev SOCAR-a yeni vitse-prezidentlər təyin etdi

ÖLKƏ
17:56
28 İyul 2023
382

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə vitse-prezidentlər təyin edib.

Sabah.az xəbər verir ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Prezidentin digər Sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Daha bir Sərəncamla Ziba Tacəddin qızı Mustafayeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

İlham Əliyevin Sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Əfqan Elçin oğlu İsayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Xəbər lenti