Bakıda ağac yolun ortasına aşdı, xəsarət alan var - Fotolar+Yenilənib

HADİSƏ
14:29
26 İyul 2023
101

Bu gün Bakının mərkəzində irigövdəli ağac aşıb.

Sabah.az xəbər verir ki, Nizami küçəsində aşan ağac səkidə hərəkət edən piyadanın üzərinə düşüb.

Yaxınlıqdakı şəxslər həmin kişiyə ilkin yardım göstəriblər.

Hadisə yerindən görüntüləri təqdim edirik.

***

Ağacın aşması nəticəsində yaranmış fəsadlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ən qısa zamanda aradan qaldırılıb. 

Xəbər lenti