Bakıda dənizə yaxın açıq ərazidə yanğın oldu - Yenilənib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Sabah.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Xətai rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
Daha çox