Qubad İbadoğlu ilə bağlı həbs qərarı verildi - Yenilənib

ÖLKƏ
17:12
24 İyul 2023
214

Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluya qarşı irəli sürülmüş ilkin ittiham ağırlaşdırılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu barədə partiya sədrinin vəkili Zibeydə Sadıqova məlumat verib. O qeyd edib ki, Q.İbadoğlu bir azdan Nərimanov Rayon Məhkəməsinə çıxarılacaq.

***

Qubad İbadoğlu məhkəməyə gətirilib.

***

Məhkəmə Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Xəbər lenti