Emin Əmrullayevin müavinlərinin sayı artırıldı

XƏBƏR
16:14
24 İyul 2023
144

Elm və təhsil naziri Emin Əmrullayevin müavinlərinin sayı artırılıb.

Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev bu gün Elm və Təhsil Nazirliyinin əsasnaməsinə edilən dəyişikliklər haqda Fərman imzalayıb.

Belə ki, yeni əsasnaməyə görə, nazirin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq. Əvvəllər isə müavinlərin sayı 3 idi.

Qeyd edək ki, hazırda Firudin Qurbanov, İdris İsayev və Həsən Həsənli elm və təhsil nazirinin müavinləridir.

Xəbər lenti