Bakıda marşrut avtobusları toqquşdu - 4 yaralı

XƏBƏR
11:14
24 İyul 2023
79

Bu gün Bakı şəhər Xocəsən şosesində avtobusların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

Belə ki, “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti