18 yaşlı sürücü maşını aşırdı - Özü öldü, yaralılar var+Foto

ÖLKƏ
12:39
22 İyul 2023
353

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Sabah.az-a bildirilib ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 18 yaşlı Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti