Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlandı

XƏBƏR
10:46
20 İyul 2023
144

Binəqədi rayonu Baksyol qəsəbəsi ərazisində insan skeletinin kəllə və 2 ədəd bazu sümüyünə bənzər sümüyü aşkar edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, bununla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Xəbər lenti