Bu yollarda tıxac var - Siyahı

XƏBƏR
09:30
20 İyul 2023
124

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti