“Megacity”də faciəvi hadisə - 3 yaşlı uşaq öldü

HADİSƏ
17:21
19 İyul 2023
149

Bakıda idman kompleksində faciəli hadisə baş verib.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə “Megacity” Fitness və Spa mərkəzində qeydə alınıb.

Yasamal rayon sakini, 2019-cu il təvəllüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub.

Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti