İlham Əliyevdən tanınmış alimlə bağlı - Sərəncam

XƏBƏR
16:10
19 İyul 2023
118

Prezident İlham Əliyev urologiya və andrologiya sahəsində tanınmış alim, Türk Ağsaqqalları Birliyinin (TAİB) sədri Sudeif İmamverdiyevlə bağlı Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Sudeif Bəşir oğlu İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iyulun 2-si Sudeif İmamverdiyevin 85 yaşı tamam olub.

Xəbər lenti