Heydər Əliyev prospektində ağır qəza - Piyada öldü

XƏBƏR
09:45
19 İyul 2023
102

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, E.Seyidov idarə etdiyi və “AmburanİK” MMC-yə məxsus olan yük maşını ilə Heydər Əliyev prospektində - metronun “Koroğlu” stansiyasının yaxınlığında piyadanı vurub. Ağır xəsarət alan şəxs hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı ölən şəxsin 1973-cü il təvəllüdlü Turan Manafov olması müəyyən edilib.

Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanıb.

Xəbər lenti