Elçin Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi - Sərəncam

ÖLKƏ
17:01
18 İyul 2023
209

Prezident İlham Əliyev Elçin Əmirbəyovla bağlı Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamla Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə E.Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Xatırladaq ki, E.Əmirbəyov 2017-ci il iyunun 24-də Birinci vitse-prezidentin köməkçisi təyin edilmişdi.

Xəbər lenti