Yevlaxda orta məktəb rəhbərliyi 132 min manat mənimsəyib

ÖLKƏ
14:40
17 İyul 2023
88

Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a verilən xəbərə görə, məktəbin vəzifəli şəxsləri tərəfindən 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə faktiki olaraq işə gəlməyən və tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi, məktəbdə təhsil alan şagirdlərinin sayının olduğundan çox göstərilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 132 min manatdan artıq maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

Xəbər lenti