Yeni Klinikaya direktor təyin edildi

ÖLKƏ
17:55
14 İyul 2023
133

Yeni Klinikaya direktor təyin edilib.

Sabah.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Barat Yusubova həvalə olunub.

Barat Yusubov Mərkəzi Neftçilər Xəstəxanası, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və digər tibb müəssisələrində işləyib. 2018-ci ildən “EGE Hospital”ın Müşahidə Şurasının sədri kimi çalışıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru rüşvət ittihamı ilə 3 il əvvəl həbs olunan və bu günlərdə azadlığa çıxan Pərviz Abbasov olub. Onu tanınmış anestezioloq Cavid Paşayev əvəz edirdi.

Xəbər lenti