Madər Musayev vəfat etdi

ÖLKƏ
13:18
14 İyul 2023
413

Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib.

Sabah.az “Unikal”a istinadən xəbər verir ki, o, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Xatırladaq ki, Madər Musayev XII çağırış Azərbaycan Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bütün çağırışlarında deputat seçilib.

“Şöhrə”, “Şərəf” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Xəbər lenti