Ordumuzun əsgəri intihar etdi - Rəsmi

ÖLKƏ
11:16
14 İyul 2023
187

Gəncədə N saylı hərbi hissədə xidmət edən əsgər intihar edib.

Sabah.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasından özünü ataraq intihar edib.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə hərbi prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib. Müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Xəbər lenti