Mustafa Babanlının vəzifəsi ona həvalə olundu

ÖLKƏ
17:56
13 İyul 2023
332

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.

Sabah.az xəbər verir ki, universitetdən verilən məlumata görə, elm və təhsil naziri bununla bağlı əmr imzalayıb.

Nazirin digər əmri ilə ADNSU-nun Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub.

Vazeh Əskərov Azərbaycan Dillər Universitetində bakalavr, Fransanın Marc Bloch Universitetində 2 magistr, Strasburq Universitetində doktorluq təhsili alıb.

Qeyd edək ki, bundan əvvəl universitetin rektoru Mustafa Babanlı idi. O, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə rektor vəzifəsindən azad edilmişdi.

Xəbər lenti