Bu ailələr 435 manat müavinət alacaq

XƏBƏR
17:18
13 İyul 2023
158

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni müavinət növləri təsis edilib.

Sabah.az xəbər verir ki, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0-6 yaş arası uşağa görə - 395 manat, 7-13 yaş arası uşağa görə - 415 manat, 14-18 yaş arası uşağa görə - 435 manat.

Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.

Xəbər lenti