İsrail müdafiə naziri Aqarunovun məzarını ziyarət etdi - Foto

XƏBƏR
14:23
13 İyul 2023
67

Azərbaycanda səfərdə olan İsrail müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər.

“Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Xəbər lenti