Arvadına çoxsaylı bıçaq xəsarətləri yetirdi
Tovuzda ər arvadını bıçaqlayıb.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə Tovuz şəhərində baş verib.
Belə ki, Tovuz RPŞ-yə 1970-ci il təvəllüdlü T.Bayramovanın çoxsaylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən həyat yoldaşı Nizami Bayramov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha çox