Azərbaycanda 17 yaşlı tələbə qəfildən öldü

XƏBƏR
18:08
2 Aprel 2020
151

Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.

Xəbər lenti