DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsi Elşad Hacıyevə tapşırıldı

XƏBƏR
13:58
11 İyul 2023
126

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.

Sabah.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri olub.

Xəbər lenti