Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı
Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən “McDonalds” restoranında insident baş verib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib.
Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.
Hadisə barədə mühafizə polisinə həyəcan siqnalı daxil olub.
Mühafizə polisinin əməkdaşları restorana gələrək aparatı sındıran şəxsi saxlayıb.
Ərazi üzrə polis bölməsinə aparılan şəxsin 2001-ci il təvəllüdlü Əli Hüseynov olması müəyyən edilib.
Daha çox