Ukraynada adam öldürən Azərbaycan çempionuna hökm oxundu

XƏBƏR
11:30
6 İyul 2023
180

Ukraynada qətl törətməkdə təqsirləndirilən idmançı Yasin Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Y.Həsənov 12 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Y.Həsənov Azərbaycanın cüdo, sambo və pankration döyüşləri üzrə yığma komandalarının üzvü olub. O, dəfələrlə Azərbaycan çempionu, Cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub.

O, 2013-cü ildə Kiyev şəhərində tanışı Davud Ağayevi güllələyib. 5 il beynəlxalq axtarışda olan Y.Həsənov 2018-ci ildə tutularaq Azərbaycana ekstradisiya edilib.

Xəbər lenti