Yasamalda yanğın, ölən var

XƏBƏR
09:44
6 İyul 2023
145

Bakıda yaşayış binasında yanğın olub.

Sabah.az FHN-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən üçmərtəbəli yaşayış binasında baş verib.

Binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan birotaqlı mənzildə 1 ədəd çarpayı, 1 ədəd yataq dəsti və döşəmə 5 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

Xəbər lenti