Əliyev iranlı nazirlə səfirlikdəki terror aktını müzakirə etdi

XƏBƏR
15:16
5 İyul 2023
151

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.

Sabah.az xəbər verir ki, görüş zamanı Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı da müzakirə olunub.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu vurğulayıb.

Xəbər lenti