Lerikdə məktəb direktoruna cinayət işi açıldı
15:10
5 İyul 2023
131Lerik rayonunda məktəb direktoruna cinayət işi açılıb.
Sabah.az Lerik Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Bülüdül kənd tam orta məktəbi ilə bağlı müraciət əsasında araşdırma aparılıb.
Bildirilib ki, məktəbin direktoru Rasim Şahbazovun uzun müddətdir istismara yararsız olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Daha çox