Hamiləliyini pozmaq istəyən qadın faciəvi şəkildə öldü - Yenilənib
15:48
4 İyul 2023
423Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb.
Sabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, iyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
***
Lent.az-ın yaydığı məlumata görə, G.Fəttayevanın yaşadığı evdə dərmanla hamiləliyini pozmağa çalışıb və bu zaman qanaxma baş verib. Bundan sonra o, ağır vəziyyətdə Perinatal Mərkəzə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Daha çox