Bulvarda kaktuslara zərər vuran qadın cərimələndi - Yenilənib

XƏBƏR
17:45
4 İyul 2023
181

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sabah.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

***

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın barədə qərar verilib.

Sabah.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, 75 manat cərimə edilib.

Xəbər lenti