Çovdarovun 30 milyonluq əmlakının taleyi necə olacaq?

ÖLKƏ
16:16
3 İyul 2023
185

Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çovdarovun 30 milyon manatlıq əmlakları ilə bağlı Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırma aparılacaq.

Çoxdandır müzakirə mövzusu olan əmlaklarla bağlı bu dəfə hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti qərar verəcək.

İlk iclas iyulun 7-nə təyin edilib.

Fotoda hakim Mirzəli Abbasov

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.

Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.

Xəbər lenti