“Cahan” uşaq bağçası “e-Twinning” platformasında

XƏBƏR
12:44
3 İyul 2023
306

“Cahan” uşaq bağçası “e-Twinning” platformasında iki ildir ki, fəaliyyət göstərir. Keçən il ümumilikdə 8 layihədə iştirak edərək 4 layihə üzrə keyfiyyət nişanına müraciət etdik və 4 keyfiyyət nişanı qazandıq”.

Bu barədə Sabah.az-a “Cahan” uşaq bağçasının metodisti Səbinə Rəhimova məlumat verib:

“4 layihədən biri olan “Mən dünyanın bir parçasıyam” layihəsinin yaradıcısıyam. “I’m a part of the world” - “Mən dünyanın bir parçasıyam” layihəsi 2022-ci il üçün “e-Twinning” üzrə təşkil edilən “İlin ən yaradıcı layihəsi” müsabiqəsinin qalibi olub.

Bu il də “Cahan” uşaq bağçası olaraq 8 layihədə fəaliyyətdəyik. Bu layihələr “Öyrənməyi birlikdə maraqlı edək”, “GREEN ERA - YEŞİL DEVİR”, “Sıfır atık”, “Hayatın kendisi Matematik”, “Geleneklerimi öğreniyor Değerlerimle büyüyorum projesi 2.grup”, “Türk Büyükleriyle büyüyorum”,“Kiçik alimlər təcrübədən biliyə”, “Technoland” adlanır.

“Öyrənməyi birlikdə maraqlı edək” layihəsi mənim yaratdığım layihədir. Bu layihəyə 6 ölkədən müəllimlər qatılıb. Layihə qurucu ortağım - həmtəsisçi Ruminiyadan olan Andreea Kristina Mihaidir.

Digər 5 layihədə də həmtəsisçi olaraq fəaliyyətdəyəm. “e-Twinning” platformasına “Cahan” uşaq bağçasından 5 müəllim qatılaraq layihələrdə fəal iştirak edirlər. Təcrübələrini bölüşür və təcrübələr qazanırlar. Layihələrdə iştirak edərək İKT bacarıqları, sosiallaşma, pedaqoji səriştələr istiqamətində təkmilləşə bilirik. “e-Twinning” platformasında fəaliyyətimiz nəticəsində pedaqoji heyət, uşaqlar, valideynlər Türkiyə, Polşa, Gürcüstan, Ruminiya, Xorvatiya, Estoniya, Sloveniya,Yunanıstan, Latviya, Litva ölkələri ilə əməkdaşlıq edərək təcrübə qazanır və inkişaf edirik.

İndi isə sizə “Öyrənməyi maraqlı edək” layihəsi haqqında məlumat verəcəyəm. Layihənin məqsədi ucqar bölgələrdə belə öyrənməni maraqlı etmək imkanının sərgilənməsidir. 7 ölkənin müəllimləri layihəmizə qatılaraq tullantı materiallarından bir çox vəsaitlər yaradaraq bizə təqdim etdi. Layihə iştirakçıları bu vəsaitləri tətbiq edərək layihə prosesini maraqlı edir. Uşaqlar valideynlərlə birlikdə özləri düşündükləri vəsaitləri hazırlayaraq sərgiyə çıxaracaqlar. Daha sonra layihələrimiz üzrə keyfiyyət nişanı almaq üçün müraciət edəcəyik.

“Cahan” uşaq bağçasından İbrahimova Zərifə, Rəhimova Gülqələm, Süleymanova Nigar,  Qasımova Zeynəb, Ləzimli Zülfiyyə layihələrə qatılaraq valideynlər və uşaqlarda çevik düşünmə, məsafədən ünsiyyət, müxtəlif Veb2 alətlərində işləmə, yaradıcı təxəyyülün inkişafı, dünyagörüşünün artırılması və s. istiqamətlərdə irəlləyişlər əldə etdilər. Hazırda layihələrimiz davam edir, mükafatlarımızı səbirsizliklə gözləyirik”.

Xəbər lenti